XƏBƏR LENTİ

30 Aprel 2017
29 Aprel 2017

11 Yanvar 2017 - 11:13

SOCAR-ın vitse-prezidenti “Gülən İşi”i üzrə istintaqa cəlb olunub -XALİK MƏMMƏDOV  162006055  SAYLI CİNAYƏT İŞİNDƏ (EKSKLÜZİV)

xalik

 

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair  İşləri Üzrə İstintaq İdarəsindən aparılan “Gülən İşi” üzrə istintaqa cəlb olunub. Bu barədə Gununsesi.info-ya Xalik Məmmədova yaxın mənbələrdən informasiya daxil olub. Məlumatda qeyd olunur ki, SOCAR rəhbərliyində çalışan bir qrup şəxsin cəlb olunduğu istintaqda bir neçə dəfə dindirmələr olub və vitse-prezident öz vəkiliylə bu prosesdə iştirak edib. Xalik Məmmədova verilən əsas suallardan biri isə Fətullah Gülənə məxsus ali məktəbləri bitirən və onun şəbəkəsinə daxil olan şəxlərin SOCAR-da necə işə alınması ilə bağlı olub.

“Gülən İşi”nə görə Azərbaycanda açılan 162006055 nömrəli cinayət işində  Xalik Məmmədovla yanaşı, başqa qurumları təmsil edən şəxslərin adı keçir.

Qeyd edək ki, Fətullah Gülənin Türkiyədə çevrliş planının ifşasından sonar qardaş ölkənin hökuməti bu şəbəkənin Azərbaycandakı dayaqlarının “vurulması” üçün rəsmi Bakı ilə işbirliyinə gedib.

Gülən şəbəkəsinə daxil olan məktəb və liseylər, habelə, bir sıra dərnəklər bağlandı.

 

Gununsesi.info

 




loading...
Loading...