Soçi görüşü  nəticəsiz oldu - EKSPERT

  • By admin
  • 24 İyul 2017 12:52
putin-ilham-2
 
Rusiya və Azərbaycan prezidentləri Qarabağdan danışsalar da, Soçi görüşünün bu mənada müsbət nəticəsi olmayıb.
Gununsesi.info xəbər verir ki, bunu ekspert Elxan Şahinoğlu  Azərbaycan və Rusiya prezidentlərinin iyulun 22-də Soçidəki görüşünün yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, nəticə olsaydı, heç olmazsa qısa müddət cəbhə bölgəsində və Azərbaycan-Ermənistan sərhəddində nisbi sakitlik yaranardı. “Cəbhə bölgəsində atəşkəs intensiv pozulmaqla yanaşı, iki ölkə arasındakı sərhəddə də vəziyyət gərgindir”- deyə, o, vurğulayıb.
Ekspert əlavə edib ki, toqquşmalar artıq Qarabağı aşıb: “Ermənistanın Qazax və Tovuzla sərhəddəki bölgələri səksəkə içindədir. Onlar vurur, biz cavab veririk və ya əksinə biz vururuq ki, onlar daima gərginlik içində olsunlar”.
Ekspertin fikrincə Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik Rusiyanın marağındandır: “Bu elə belə də davam edəcək, ard-arda Soçidə 10 görüş keçirilsə də, lokal toqquşmaların həcmi azalmayacaq. Bəlkə Kremlə də elə bu lazımdır, sanki tərəflərə mesajı belədir: “Bir-birinizə atəş aça bilərsiniz, hətta istəsəniz lokal döyüşlər də edə bilərsiniz, ancaq genişmiqyaslı müharibəyə icazəm yoxdur”.
Mürtəza
Gununsesi.info