Somalidə partlayış:  8 hərbçi ölüb

  • By admin
  • 23 Aprel 2017 19:50

somali

 

Somalidə partlayış nəticəsində səkkiz hərbçi ölüb, daha üç hərbiçi isə yaralanıb.

Musavat.com-un məlumatına görə, bu barədə “Associated Press” agentliyi polis nümayəndəsi Əhməd Muhəmmədə istinadən xəbər verir.

Ə.Muhəmmədin sözlərinə görə, Qalqala şəhərində hərbi konvoy hərəkət edən zaman partlayış baş verib. Bidirilir ki, hərbiçilər həmin rayonda İŞİD silahlılarına qarşı əməliyyat keçirirmiş. Hələ heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

 

Gununsesi.info