VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

15 Sentyabr 2017 - 19:33

Son günlərdə havadakı rütubətin səbəbi nədir?- AÇIQLAMA
hava2
Gununsesi.info xəbər verir ki, sentyabrın bəzi günlərində havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub

Son günlər Azərbaycan ərazisində havada rütubətin miqdarının çox olmasının səbəbi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya verilən xəbərə görə, buna səbəb cənub-şərq küləklərinin üstünlük təşkil etməsidir.

G. Məmmədova vurğulayıb ki, son günlər ərzində Bakı və Abşeron yarımadasında cənub-şərq küləklərinin üstünlük təşkil etməsi nəticəsində sakit havada bəzi saatlarda rütubətliyin artması meteohəssas insanlarda narahatlığa səbəb olur: “Yaxın 2-3 ərzində də Abşeron yarımadasında sabit hava şəraiti hökm sürəcəyi gözlənilsə də, bəzi saatlarda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Bununla bağlı mütəmadi tibbi-meteoroloji proqnoz verilir. Son günlər ərzində Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35 dərəcə isti olub, belə hava şəraiti həftə sonu da davam edəcək. Yaxın günlərdə temperatur rejimində mühüm dəyişiklik gözlənilmir”.

Direktor əvəzi vurğulayıb ki, Bakı və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik normadan çox olmayıb. Bu günlərdə havanın temperaturunun sentyabr ayı üçün xarakterik olduğunu deyən G.Məmmədovanın sözlərinə görə, əvvəlki illərdə də bu ayda 30-35, bəzi günlərdə hətta 37-38 dərəcə isti qeydə alınıb: “Bu ilin sentyabr ayında rekord göstərici təzələnməyib. Sentyabr ayında havanın temperaturu bəzi günlərdə iqlim normasına yaxın, bəzi günlərdə isə iqlim normasından 2-3 dərəcə yüksək olub”.

Gununsesi.info




loading...
Loading...