Sosial şəbəkədə tanış olduğu dostunu soydu

  • By admin
  • 20 May 2017 22:18

eca1e814f066e94aebbd962bc09ae6ca

 

Bakı şəhər sakini Rafiq Məmmədov Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, bildirib ki, sosial şəbəkədə tanış olduğu Cahangir adlı şəxsin aprelin 25-də evinə gələrək onu döyüb.

ARB TV xəbər verir ki, onun ciblərindən 160 manat pul, mobil telefon, sənədlər olan gödəkçəsini aparıb.

Daxil olan şikayət əsasında Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü müəyyən edilərək saxlanılıb.

Cahangir Şükürlü – Saxlanılan şəxs: “Zəng gəldi ki, görüşək. Gedib oturub içdik, sonra evə getdik. Mənə dedi ki, 2 gün sonra görüşərik. Sonra yenə görüşdük, içdik. Mənə dedi ki, məni evə yola sal. Evə yola salanda, binalarının yanında bağ kimi yer var, mən vurdum, kurtkası cırıldı, qaçdı getdi. Mən də qaçdım”.

Qeyd edilən faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Gununsesi.info