Soyuqdəymə üçün faydalı RESEPT

  • By admin
  • 23 Fevral 2018 17:38

Zökəm və yaxud qrip zamanı istifadə olunan bir çox vasitələr var.

Gununsesi.info xəbər verir ki, bu resept də faydalı reseptlərdəndir, çünki qeyd olunan bütün bitkilər bədəni tərlədir, yumşaldır, qanı duruldur və sakitləşdirici bir təsir göstərir.

  • Məkkəgülü (hibiskus) – 30 qram
  • Cökə – 100 qram
  • Kəklikotu – 50 qram
  • Nanə – 30 qram
  • Ballı nanə (melissa) – 30 qram
  • Yerli qara çay –200 qram

Tərkib hissələrini bir-birinə qarışdırın, sonra 3 xörək qaşığı 6 stəkan su tutan çaynikdə dəmləyin, zoğal və yaxud moruq mürəbbəsi ilə için. Tövsiyə edirəm ki, bədən tərləyincə, hətta gün ərzində 10-15 stəkana qədər içəsiniz. Çayın çox gözəl dadı var.

Gununsesi.info