Spiker YAP-çı deputata irad tutdu - "BU DÜZGÜN YANAŞMA DEYİL"

  • By admin
  • 16 Mart 2018 17:50

“Problemli dollar kreditləri ilə bağlı məsələ diqqət mərkəzindədir”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib. O deputat Elman Nəsirovun bu mövzu ilə bağlı çıxışına da irad bildirib.

“Deyirsiniz ki, kreditləri dollarla veriblər. Bu, düzgün yanaşma deyil. “Krediti dollarla götürüblər” ifadəsi daha doğrudur. Bu məsələ də diqqət mərkəzindədir”.(modern.az)

Gununsesi.info