SSRİ Türkiyəni niyə işğal edə bilmədi? -TARİXİ FAKTLAR

  • By admin
  • 25 May 2017 12:40

rusturk

1921-ci ildə Türkiyə Cümhuriyyəti qurularkən SSRİ rəhbəri Lenin Mustafa Kamal Atatürkə qızıl pul və hərbi müşavirlər göndərmiş, eyni zamanda müxtəlif üsullarla kömək göstərmişdi. Təbii ki, bu, heç də Türkiyə-SSRİ arasında parlaq dostluq münasibətlərinin olmasına dəlalət etmirdi. Səbəb Moskvanın qərb cəbhəsində Ankaraya olan ehtiyac idi. Bu fikri indiki dövrə də şamil etmək olar ki, hazırkı siyasi vəziyyətdə Türkiyə kimin yanındadırsa, o dövlət güclüdür. Təxminən 100 il əvvəl də tarixin siyasi mənzərəsi eynilə belə idi.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun dosenti, tarix elmləri namizədi türkoloq Pavel Şlikov Leninin Atatürkə kömək etməsinin səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, Atatürk Leninin müttəfiq idi. Türkiyəyə hərbi və maliyyə dəstəyi Ankaranın Antanta ölkələrinin, xüsusilə İngiltərənin dəstəklədiyi yunan istilası üzərində qələbə qazanmasında əhəmiyyətli rol oynayıb. Türkiyə Antanta bloku ilə qarşıdurmada Sovet Rusiyası üçün olduqca əhəmiyyətli cəbhə hesab olunurdu. Eyni zamanda Türkiyə ilə qarşılıqlı münasibətlər Qafqazın daha sürətlə sovetləşməsinə şərait yarada bilərdi. Buna görə də Lenin 1921-ci ildə ən bacarıqlı hərbi məsləhətçisi olan Mixail Frunzeni Ankaraya göndərməklə Atatürkə hərbi yardımla yanaşı, silah, qızıl və ərzaq da çatdırırdı. Halbuki, həmin dövrdə Rusiya əhalisi aclığa düçar olmuşdu. Bu ittifaq Rusiya üçün çox əhəmiyyətli idi. Lenin düşünürdü ki, əgər Atatürkü, ümumiyyətlə, Türkiyəni itirərsə, onlar İngiltərənin müttəfiqinə çevrilə bilər. Çünki həmin illərdə İngiltərə Sevr müqaviləsinə yenidən baxılmasının müqabilində Türkiyə ilə ittifaqa can atırdı. Bu isə SSRİ üçün real təhlükənin yaxınlaşması demək idi. 1921-ci ildə yunanların anidən Ankaraya hücumu zamanı Lenin Atatürkə ciddi dəstək verdi. Lakin ötən əsrin 30-cu illərindən Türkiyə Cumhuriyyəti artıq öz ayaqları üzərində təkbaşına durmağı bacarmışdı. Nəticədə SSRİ-dən uzaqlaşma yolunu tutan Türkiyə xarici siyasətdə yeni addımlar atdı.

Pavel Şlikov həmin illərdə SSRİ-nin Türkiyəyə “dərs vermək” niyyətində olduğunu da bildirib. Onun sözlərinə əsasən, SSRİ rəhbərliyi Türkiyənin siyasətinə dəyişiklik edilməsini həzm edə bilmirdi. Buna görə də ona “dərs verməyi” düşünürdü. Lakin II Dünya müharibəsinin başlaması buna imkan verməyib. Sonrakı dövrlərdə isə Türkiyəyə qarşı ərazi iddiaları davam edirdi. Yalnız 1953-cü ildə, Stalinin ölümündən sonra bu iddialar dayandırıldı. Bu da ABŞ-ın Türkiyəyə verdiyi ciddi dəstəyin nəticəsi idi.

 

Gununsesi.info