Stresdən xilas edən bitkilər

  • By admin
  • 21 Yanvar 2017 13:58

CAY

Hər gün monoton qidalanmaq,  gərəkdiyi qədər  karbohidrat qəbul etməmək, yeməklərdə həddindən artıq yağın ustifadəsi, spirt və hədsiz  kofein qəbulu depressiyanı artırır.  Uzun müddət ac qalmaq və nizamsız qidalanma qanda  şəkəri zəiflədir salır, əsəbilik və dözümsüzlük kimi vəziyyət yaradır. Bütün bunların qarşısını almaq üçün rahatlığı təmin edən maye və içkilərə üstünlük verilməlidir. 

Gununsesi.info rus alimlərinin araşdırmalarına istinadən xəbər verir ki, bu məqsədlə istifadə edilən bitki çaylarından alma çayı və ətirşahın sakitləşdirici xüsusiyyətləri var.

Mütəxəsislər sağlam qidalanmanın stresi azaltdığını və stresin immunitet sistemini zəiflətdiyini deyirlər. Çox dəmli çay və həddindən artıq qəhvə,  kola tipli içkilərin qəbulu, çox turşu və kofein qəbuluna səbəb olur. Bu da öz növbəsində qanazlığı və dəmir çatışmazlığına yol aça bilər. Stres dövrünüzdə immun sistemin zəifləməsi nəticəsində infeksiya və xəstəliklərə yaxalanma potensialı da artır.

Dieotoloqlar hesab edirlər ki, məhdudlaşdıran və maneə törədən hadisələr qarşısında reaksiyaların yaratdığı stresdən qurtulmaq və əsəbləşməmək üçün gündə ən az bir pay zülallı və bol C vitaminli qidalara yer verməklazımdır.
Düzgün qidalanmadan başqa dərin nəfəs texnikaları, boyun və bədən hərəkətləri, erkən saatda orta templi yürüyüş də ən yaxşı müalicə üsullarından biri hesab olunur.

Gülnaz Qənbərli

Gununsesi.info