Su anbarı qurudu -MÖCÜZƏ GÖRÜNDÜ (+ŞƏKİL)

  • By admin
  • 15 Fevral 2018 17:14

Artvin əyalətində Çoruh gölü üzərində tikilən Türkiyənin ən yüksək Deriner su abarında maraqlı  görüntü yaranıb. Suyun səviyyəsinin kəskin enməsi nəticəsində ortaya çox qəribə bir mənzərə çıxıb. Belə ki, su anbarı tikilən zaman sular altında qalan kəndin evləri və məscidi sağa salamat qaldığı bəli olub.
Gununsesi.info haberler-ə istinadən xəbər verir ki, yağan yağış sularının azalması nəticəsində ”Deriner”də suyun səviyyəsi 37 metr enib. Nəticədə bir zamanlar su altında qalan Narlı kəndi yenidən ortaya çıxıb. Maraqlısı budur ki, su kənddəki evlər və məscidə elə də ziyan vurmayıb. Onlar öz əvvəlki görkəmini saxlayıb.
Bu anbar 2012-ci ildə istifadəyə verilib.  Tikintisi 24 ilə tamamlanıb.  Bünövrəsi 1988-ci ildə baş nazir Süleyman Dəmirəl tərəfindən qoyulub.


Gununsesi.info