Su üstündə dava:  iki nəfər xəstəxanalıq oldu

  • By admin
  • 20 May 2017 22:40

tecili-yardim-1

 

Şəmkirdə su üstündə kütləvi dava olub. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Su üstündə yaranan dava zamanı iki nəfər kənd sakini, 1990-cı il təəllüdlü Səbuhi Tağıyev və 1988-ci il təvəllüdlü Anar Gülməmmədov bir neçə nəfər tərəfindən döyülərək Rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

 

Gununsesi.info