Sumqayıt Dövlət Universitetinin sabiq prorektorunun oğlu məhkəməyə müraciət edib

  • By admin
  • 14 Oktyabr 2017 17:04

hakimdir
Sumqayıtda dələduzluqda və soyğunçuluq etməkdə təqsirləndirilən Raul Əhmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
“Report”un xəbərinə görə, hazırda apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılır.
İşə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılır.
İttiham aktına əsasən, R.Əhmədov Sumqayıt şəhərində tanışından dərman almaq adı ilə 200 manat alıb, lakin daha sonra geri qaytarmayıb. Onun digər əməli isə Sumqayıtda taksi sürücüsündən telefonu quldurluq yolu ilə alaraq qaçması olub.
O, Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) və 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.
Məhkəmə istintaqı dövründə R.Əliyev özünü dələduzluqda təqsirli bildiyini desə də, soyğunçuluq əməli törətmədiyini qeyd edib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə onun məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar da çıxarıb.
Qeyd edək ki, R.Əliyev Sumqayıt Dövlət Universitetinin sabiq prorektoru Şakir Əhmədovun oğludur.

 

Gununsesi.info