Sumqayıtda qadın döyülərək ağır xəsarət alıb

  • By admin
  • 18 Fevral 2018 23:25

Sumqayıt şəhərində 27 yaşlı qadın döyülərək ağır xəsarət alıb.

Gununsesi.info “Report”a istinadən bildirir ki, hadisə qadının işlədiyi yerin yaxınlığında baş verib.

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Günəş Vahab qızı Cəfərova öz tanışı tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin nə üstündə törədildiyi hələ ki, məlum deyil. Gənc qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info