Suraxanı rayonunda yanğın baş verib

  • By admin
  • 19 Fevral 2018 08:10

Bakının Suraxanı rayonunda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda ümumi sahəsi 500 m2 olan tikilinin yanar konstruksiyaları, içərisində təkər və məişət tullantıları 250 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info