Suriya ordusu 6 ildən sonra o bölgəni ələ keçirdi

  • By admin
  • 16 Mart 2018 21:54


Suriya hökumət qüvvələri Şərqi Quta torpaqlarının 70 faizinə nəzarəti ələ keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Suriya Baş Qərargahı məlumat yayıb.

“Müttəfiqlərimizlə həyata keçirilən koordinasiya sayəsində Şərqi Qutada onlarla yaşayış məntəqəsini və qəsəbəni işğaldan azad etdik”, – deyə bildirilib.

Qeyd edək ki, 2012-ci ildən bəri Şərqi Qutanın böyük bir hissəsinə müxtəlif silahlı qruplaşmalar nəzarət edirdi.

Gununsesi.info