Suriya ordusu hücuma keçdi: Daha bir məntəqə azad edildi

  • By admin
  • 18 Oktyabr 2017 22:34

suriya_ordusu
Suriya ordusu müttəfiqlərin dəstəyi ilə Fəratın şərqində yerləşən Hatla yaşayış məntəqəsini işğaldan azad edib.

Gununsesi.info xəbər verir ki, Suriya ordusu ərazidən terrorçuları sıxışdıraraq Davar və Cisr qəsəbələrində dayağını gücləndirib.

İŞİD ordunun irəliləməsini dayandırmaq üçün snayperləri və bombalardan istifadə etsə də, şiddətli toqquşmalar nəticəsində terrorçular xeyli itki verib. Nəticədə Suriya ordusu istəyinə nail olub.

Gununsesi.info