Suriya ordusu İsrailin hərbi təyyarəsini vurdu

  • By admin
  • 16 Oktyabr 2017 20:46

israil-teyyare
Suriya ordusu Livan sərhədləri yaxınlığında İsrailin 2 hərbi təyyarəsini atəşə tutub.

Gununsesi.info xəbər verir ki, Suriya ordusundan verilən açıqlamada İsrail təyyarələrinin atəşə tutulduğu təsdiqlənib.

Qeyd edilir ki, İsrail təyyarələri hava məkanını pozub və bu səbəbdən dolayı Suriyanın hərbi-hava müdafiə sistemlərindən atəş açılıb. Təyyarələrdən biri vurulub, digəri isə hava məkanını tərk etmək məcburiyyətində qalıb.

Gununsesi.info