Surqutdakı qırğın məsuliyyətini İŞİD üzərinə götürdü - FOTOLAR

  • By admin
  • 22 Avqust 2017 11:54

bfb4ac97cd3a1849c60530e544f7358d

Bir neçə gün öncə Rusiyanın azərbaycanlıların da çox olduğu Surqut şəhərində naməlum şəxs şəhər mərkəzində heç bir əsas gətirmədən sakinlərə bıçaqla hücum çəkərək 8 nəfəri yaralayıb. Xoşbəxtlikdən bıçaqlanan şəxslərin heç bir ölməyib.

Gununsesi.info lenta.ru-ya istinadən xəbər verir ki, Surqutda baş verən qırğını öz üzərinə götürdüyünü İŞİD təmsilçisi Artur Hacıyev “Furat” media mərkəzi tərəfindən yaydığı videorolikdə bildirir.

İŞİD lideri Abubəkir əl-Bağdadiyə biyət etdiyini bəyan edən A.Hacıyev Surqutda baş verən olayın Məsud adlı “qardaş”ları tərəfindən törətdiyini bildirib.

İnanclı insanların yaşadığı torpaqlarda yaşayan “qardaş”larına müraciət edən Hacıyev bu yerlərdə yaşayanları kafir adlandıraraq, onların müsəlmanları hər yerdə öldürdüyünü deyib:  “Hər gün onlarla qardaşlarımızın ölüm xəbərini alırıq”.

Onu da bildirək ki, Surqutda bıçaqla insanlara hücum çəkən şəxs polisin açdığı atəş nəticəsində qətlə yetirilib.

znakcom-1536525-666x521

_97447148_surgit

Gununsesi.info