XƏBƏR LENTİ

20 Fevral 2018

21 Noyabr 2017 - 17:38

Sürücülərin diqqətinə- XƏBƏRİNİZ OLMADAN VƏSİQƏSİZ QALA BİLƏRSİNİZ

“Son günlər belə xəbərlər çoxalır. Məhkəmələr sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə işlərə (sürücünün cəriməni ödəməyi 3 aydan çox gecikdirdiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması ilə bağlı işlərə) onları məlumatlandırmadan baxırlar”.

Gununsesi.info xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspert bəzi məhkəmələr tərəfindən atılan bu addımın qanunazidd olduğunu qeyd edib:

“Hörmətli hakimlərin və onların köməkçilərinin diqqətinə çatdırıram ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsi sürücünün məlumatı olmadan belə işlərə baxmağı qadağan edir. Ən başlıcası isə odur ki, bildirişi alan və işin nə yerdə olduğunu anlayan sürücü ağır şərtlərlə kredit alsa da, cəriməni ödəyəcək və sizin əziyyət çəkib qərar çıxarmağınıza ehtiyac qalmayacaq”.

Gununsesi.info