XƏBƏR LENTİ

19 Fevral 2018

05 Dekabr 2017 - 18:55

Təhsil naziri vəzifəsini kim icra edəcək?- NAZİRLİKDƏN AÇIQLAMA

Azərbaycanın Təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

“Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi”, – deyə, nazirlikdən əlavə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib.

Gununsesi.info