VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

15 Sentyabr 2017 - 15:48

Tələbələrə şad xəbər- TƏHSİL KREDİTLƏRİ FAİZSİZ OLDU

59380d0ba9764_telebe_esas_4

“Maarifçi” Tələbə Kredit Fondunun aztəminatlı ailələrdən olan tələbələrə verdiyi təhsil haqqı üzrə kreditlər faizsiz olub.

Fonddan Gununsesi.info-ya verilən məlumata görə, belə kredit almaq istəyənlər üçün müraciətlərin qəbuluna başlanılıb. Krediti almaq istəyənlər oktyabrın 13-dək müraciət edə bilərlər.

Bu sayca 4-cü elan sessiyası olacaq. Budəfəki elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu elan sessiyasında da dəyişməz olaraq qalıb. Təşəbbüsün ən üstün cəhəti isə faizsiz kreditin köhnə təhsil krediti müqavilələrinə də şamil olunmasındadır.

“Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək 3 elan sessiyası keçirib. Bu müddət ərzində fonda daxil olan 212 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn 118 tələbə ilə ümumilikdə 135 təhsil krediti müqaviləsi imzalanıb.

Gununsesi.info




loading...
Loading...