Tərtərdə qətl törədən şəxs saxlanılıb

  • By admin
  • 21 Oktyabr 2017 12:12

qandal-qolda

Tərtərdə qətl hadisəsi törədən şəxs saxlanılıb. 

Gununsesi.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib, nəticədə R.Cəfərli hadisə yerində ölüb.

E.Hüseynov könüllü Tərtər RPŞ-yə gələrək istintaqa təslim olub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Gununsesi.info