Təsadüfən milyoner olmuş ixtiraçılar

  • By admin
  • 21 İyul 2017 16:08

invention-quoteswi-700x360

Hamı milyoner olmaq istəyir. Hətta bunun üçün illərlə çalışanlar, məqsədinə çatmaq üçün mübarizə aparanlar var. Lakin tamamilə başqa şey hazırlamaq uğrunda əmək sərf edib fərqli nəticə eldə edərək milyonlar qazanan insanlar da az deyil. Necə deyərlər, yanlış da bir naxışdır.

Gununsesi.info təsadüfən milyoner olan 10 ixtiraçını oxucularına təqdim edir.

Harri Kuver – maye yapışqanı icad edib

tesadufen-zengin-olmayi-basarmis-11-mucit-709348_818_3_b

Dünyada geniş istifadəçi kütləsinə malik olan maye yapışqanların icad tarixi olduqca maraqlıdır. ABŞ kimyaçısı Harri Kuverin “cyanoacrylate” adlandırdığı plastik tapançanı hazırlamaq cəhdləri uğursuzluqla nəticələnib. Sonucda maye yapışqan ixtira olunub.

 

Frank Epporson – lolipop konfetlərini icad edib

tesadufen-zengin-olmayi-basarmis-11-mucit-709348_1602_2_b

1905-ci ildə Frank Epporson adlı bir uşaq su və soda tozunu qarışdıraraq içərisinə çubuq qoyub və özü də fərqində olmadan lolipopu icad edib. 1923-cü ildə isə Epporson bu ixtirasını ticarətə çevirib.

 

Henri Perkin – kimyəvi boyanı icad edib

tesadufen-zengin-olmayi-basarmis-11-mucit-709348_7351_4_b

İngilis kimyaçısı Henri Perkin kimyəvi boyanı icad edəndə hələ 18 yaşında olub. O, qızdırmanın qarşısını alan preparat hazırlamaq istəyərkən səhvən süni boyaq maddəsini ixtira edib.

 

Roy Planket – polimeri icad edib

tesadufen-zengin-olmayi-basarmis-11-mucit-709348_4147_5_b

Teflon 1938-ci ildə Roy Planket tərəfindən təsadüfən hazırlanıb. Planket toksit olmayan soyuducu qaz icad etmək istəyirdi və bir qab dolusu tetrafloroetilen qazının artıq hazır olduğunu düşünürdü. Lakin onun köməkçisi qabın qapağını açdıqda qazın yoxa çıxdığını, əvəzində isə yağlı və ağ tozun əmələ gəldiyini görüb. Bununla da polimer icad olunub.

 

Robert A. Çezbro – vazelini icad edib

tesadufen-zengin-olmayi-basarmis-11-mucit-709348_690_6_b

XIX əsrin ortalarında neft sənayesinin işçiləri nasos boruların içərisinə yığılan maddələrlə daim mübarizə aparırdılar. İngilis kimyaçısı Robert Çezbro “neft jelesi” adlanan həmin maddəni götürərək üzərində araşdırmalar apardı. Tədqiqatlar nəticəsində maddənin insan orqanizminə faydalı xüsusiyyətləri olduğu məlum olub. O illərdə həmin maddənin tətbiq sahəsi çox geniş imiş. Bu maddənin köməyi ilə yaralar müalicə olunur, xalçalar təmizlənirdi.

 

Coy Makviker – plastilini icad edib

tesadufen-zengin-olmayi-basarmis-11-mucit-709348_2332_7_b

Plastilinlərdən əslində sobalardan çıxan his nəticəsində qaralan divar kağızlarının təmizlənməsində istifadə olunurdu. Lakin, tezliklə süngərlə yuyula bilən divar kağızları istehsal olunmağa başladı. Bundan sonra plastilinin tərkibindəki yuyucu keyfiyyətə malik kimyəvi maddələr çıxardılaraq, yerinə boyaq maddələri qatıldı. Beləcə palstilinlər uşaqların yeni oyuncaqlarından birinə çevrilməyə başladı.

 

Artur Fray – yapışqan kağızları icad edib

tesadufen-zengin-olmayi-basarmis-11-mucit-709348_8314_8_b (1)

Silver Spensr dözümlü yapışqan maddə hazırlamaq istəsə də, buna nail ola bilməyib. Onun hazırladığı yapışqanın tərkibindəki yapışdırıcı maddə az olduğundan predmetləri saxlaya bilməyib. Belə olan halda həmkarı Artur Fray ona bu maddədən xüsusi əlfəcinlər, qeyd kağızları hazırlamağı təklif edib. Hazırda dünyanın müxtəlif yerində istifadə edilən yapışqanlı rəngli qeyd kağızları məhz belə yaradılıb.

 

Persi Spenser – mikrodalğalı sobanı icad edib

tesadufen-zengin-olmayi-basarmis-11-mucit-709348_2017_9_b

Çox adam bilmir ki, mikrodalğalı soba xüsusi olaraq heç kim tərəfindən ixtira edilmiyib. Sadəcə bir dəfə Raython korporasiyasının mühəndisi Persi Spenser radarlar üçün avadanlığı yoxlayarkən yüksək tezlikli dalğaların onun cibindəki şokoladı əritdiyini müşahidə edib. Özünü itirməyən Persi sobanın içərisinə popkorn qoyub və nəticəsədə qarğıdalı dənələri dərhal partlamağa başlayıb. Bu əsrin təsadüfi kəşfi olaraq tarixə düşüb.

Gununsesi.info