Təyyarə evin üstünə düşdü – Sərnişin öldü, pilot yaralandı

  • By admin
  • 18 Fevral 2018 11:18


Venesuelanın Syudad-Bolivar şəhərində “Cessna” şirkətinə məxsus yüngülmotorlu təyyarə birmərtəbəli evin üstünə düşüb.

Gununsesi.info-nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan sərnişin ölüb, yaralı pilot xəstəxanaya yerləşdirilib.

Evdə olan sakinlər xəsarət almayıblar.

Qəzanın baş vermə səbəbi araşdırılır.

 

Gununsesi.info