Təyyarə qəzasında ölən azərbaycanlının cəsədi tapılmadı - FOTO

  • By admin
  • 22 Fevral 2018 17:32
Moskvada təyyarə qəzasında ölən azərbaycanlının cəsədinin qalıqları da tapılmayıb.
Gununsesi.info unikal.org-a istinadən məlumat verir ki, bu ilin fevral ayının 11-də Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olan Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlunun hələ də cəsədi tapılmayıb.
Mərhumun cəsədinin gətirilməsi üçün onun ailəsi Moskvaya gedib. Lakin N.Qəhramanovun cəsədinin tapılıb gətirilməsi hələki mümkün olmayıb.
Namiq Qəhramanovun 3 mərasimi doğulub boya-başa çatdığı Yevlax rayonunda keçirilib.
Xatırladaq ki, Namiq Qəhramanov ailəli olub. Onun 10 yaşlı qızı, 6 və 7 yaşlarında iki oğlu var.
Gununsesi.info