Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

12 Yanvar 2018 - 15:00

Taekvandoçularımız gerilədilər

Dünya Taekvondo Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Olimpiya çəkiləri üzrə açıqlanan ilk “onluq” yığmamızın üzvləri üçün elə də uğurlu alınmayıb.

Belə ki, Olimpiya çempionumuz Radik İsayev uzun fasilədən sonra dünya reytinqində liderliyi təhvil verib. Aktivində 431,72 xal olan təmsilçimiz +80 kq çəki dərəcəsində ikinci yerə enib. Onu Vladislav Larin qabaqlayıb. Rusiyalı taekvondoçu İsayevi 8,87 xal geridə qoyub.

Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə mövqeyini itirib. Olimpiya mükafatçımız Radik kimi ikinci yerdədi. Onun aktivində 448,33 xalı var. Təmsilçimiz ilk pillədəki yerini Şeyx Saleh Junior Sisseyə (Fil Dişi Sahili, 515,54) təhvil verib.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də 1 rəqibini özündən irəli buraxıb. 8-ci pilləyə yerə enən həmyerlimiz 203,50 xala malikdi.

Qeyd edək ki, qadın taekvondoçuların reytinqində ilk “onluq”da Azərbaycan millisinin üzvləri yer almayıblar.

Gununsesi.info