Taekvondo üzrə Qran-Pri turnirinə start verilir - FOTO

  • By admin
  • 22 Sentyabr 2017 12:00

02

Bü gün Mərakeşin paytaxtı Rabat şəhərində taekvondo üzrə Qran-Pri turnirinə start veriləcək.

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, avqust ayında Moskva şəhərində startı verilən yarışın ikinci mərhələsi üç gün davam edəcək. G4 kateqoriyalı Beynəlxalq yarışda böyüklərdən ibarət milli yığma komandamızın üzvləri də iştirak edəcək. 8 taekvondoçu ilə təmsil olunacaq yığmanın əsas üzvlərindən -54 kq çəki dərəcəsində kişilər arasında Qaşım Maqomedov, Məhəmməd Məmmədov və Ayxan Tağızadə (hər ikisi -68 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov, Radik İsaev (hər ikisi +80 kq), qadınlardan isə Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) mübarizə aparacaq. Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalıəlavə etmiş olacaq. Qran-Pri turnirin sonrakı mərhələsi Böyük Britanıyanın paytaxtı London şəhərində, final mərhələsi isə Fildişi Sahilinin paytaxtı Əbidcanda təşkil ediləcək.

Baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Rəşad Əhmədovun və eləcə də qadınlardan ibarət milli yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə ölkəmizi təmsil edəcək komanda sentyabrın 25-də vətənə dönəcək.

Anar

Gununsesi.info