Taekvondoçumuz yarışın ilk bürünc medalını qazanıb

  • By admin
  • 28 Aprel 2017 16:06

unnamed (25)
Afina şəhərində təşkil edilən “DTF Prezident Kuboku” beynəlxaq yarışın ilk günü ilk medalımız gəldi.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, turnirdə -57 kq çəki dərəcəsində mübarizəyə qatılan qadın taekvondoçumuz Yaprak Eriş qarşılaşdığı rəqibləri Asimina Tzortzi (YUN), Laurygan Celin (FRA), Raheleh Asemani (BEL) və Patrisiya Adamkieviczi (POL) yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb.

Finala vəsiqə uğrunda döyüşdə Rusiyalı Yekaterina Kİmlə qarşılaşan təmsilçimiz məğlubiyyətlə üzləşərək turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, sayca ikinci olan G2 kateqoriyalı yarışda yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız 35 idmançı ilə təmsil olunur və bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar.
Qeyd edək ki, yarışa 30 aprel tarixində yekun vurulacaq.

Anar
Gununsesi.info