Tağı Əhmədov MTN-nə verdiyi 3 milyonu geri istəyir - "MƏN ELDAR MAHMUDOVA ZƏNG ELƏDİM. AMMA ..." - FOTOLAR

  • By admin
  • 21 İyun 2017 13:00

akif

Sabunçu Rayon MəhKəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun musavat.com-a istinadən verdiyi məlumata görə,  xəbər verir ki, YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov da məhkəmədə iştirak edib.

Sabiq metropoliten rəhbəri məhkəməyə “Mercedes” markalı 90 AA 220 dövlət nömrə nişanlı avtomobili ilə gəlib.

Telefon danışıqları qanunsuz olaraq dinlənilən və Akif Çovdarova 3 milyon verdiyini iddia edən T.Əhmədov bu epizodlar üzrə ifadə verib.

Məhkəmə prosesi qapalı keçirilib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Tağı Əhmədov məhkəmədə Leyli və Məcnundan danışıb.

Məhkəmədə Akif Çovdarovun vəkillərinin sualını cavablandıran Tağı Əhmədov həmişə olduğu kimi bu dəfə də açıqlaması ilə yadda qala bilib.

Vəkilin “Sizin Akif Çovdsrovdan tələbiniz nədir” sualına T.Əhmədov belə cavab verib: “Leyli və Məcnunu hamı oxuyub. Bütün dünya bilir ki, orada söhbət nədən gedir və Leyli Məcnundan nə istəyir. İndi də burada hər şey aydındır. Siz də savadlı adamsınız. Bilmirsiniz ki, mən nə istəyirəm? Verdiyim pulu”.

Tağı Əhmədov əlavə edib ki, Akif Çovdarov ondan MTN üçün 10 “Gelandewagen” markalı avtomobil alınmasını istəyəndə yox deyib.

“Mən Eldar Mahmudova zəng elədim. Amma telefonu açmadı. Köməkçisinə danışdım. Mənə dedi ki, “nazir sizin işinizi Akif Çovdarova tapşırıb”. Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq”- deyə Tağı Əhmədiv əlavə edib.

Tağı Əhmədov məhkəmədən çıxdıqdan sonra jurnalistlərə açıqlama vermək istəməyib. O sadəcə “sağ olun” deməklə kifayətlənib.

 

d1fb5a24-4fdd-45ec-8c99-d25edf57aaa3
c2d8151d-114c-408b-b293-86b03d6d7eb5
b78ee836-9876-4798-ad85-30c3bda043a0
23cd357e-e4b5-4f6c-a65f-3806b2c96dd8
Gununsesi.info