Tağı Əhmədov Akif Çovdarovun məhkəməsində ifadə verəcək - "BAKI METROPOLİTENİ"N SABİQ RƏİSİNDƏN HƏDƏ-QORXU İLƏ 3 MİLYON ALIBLAR

  • By admin
  • 21 İyun 2017 12:11

tagi

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Gununsesi.info-nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesə ifadə vermək üçün “Bakı Metropoliteni” ASC-nın sabiq rəisi Tağı Əhmədov gəlib.

Hazırda davam edən proses açıq keçirilsə də, iclasa jurnalistlər buraxılmayıb.

Məlumat üçün bildirək ki, Akif Çovdarov və MTN-nin digər vəzifəli şəxsləri Tağı Əhmədova hədə-qorxu gələrək, ondan 3 milyon manat alıblar.

Tağı Əhmədov Akif Çovdarov və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işində zərərçəkmiş kimi tanınıb.

Gununsesi.info