XƏBƏR LENTİ

20 Fevral 2018
19 Fevral 2018

21 Noyabr 2017 - 19:15

Taksilərin fəaliyyəti məhdudlaşdırıldı- SƏBƏB

Bu gün İtaliyada taksi sürücülərinin ümummilli tətili keçirilir.

Gununsesi.info xəbər verir ki, paytaxt Romada və digər şəhərlərdə yerli vaxtla saat 08:00-dan 22:00-dək taksi fəaliyyəti dayandırılacaq.

Sürücülər yalnız xəstə, qoca və əlil müştərilər üçün istisnalar edəcəklərini bəyan ediblər.

Taksi sürücüləri İtaliya hökumətinin taksi xidmətinin liberallaşdırılması ilə bağlı qərarına etirazını bildirir. Onların fikrincə, yeni qanun ölkə ərazisində beynəlxalq şirkətlərin, “Uber” kimi xidmətlərin işini daha da asanlaşdıracaq ki, bu da yerli taksi xidmətlərinin fəaliyyətinə mənfi təsri göstərəcək.

Gununsesi.info