“Taliban”çılar nəzarət-buraxılış məntəqəsinə hücum edib - 8 ÖLÜ, 3 YARALI

  • By admin
  • 22 Fevral 2018 19:40

Əfqanıstanda “Taliban” hərəkatının döyüşçüləri Qəzni vilayətində nəzarət-buraxılış məntəqəsinə (NBM) hücum edib.

Gununsesi.info xəbər verir ki, hücum nəticəsində 8 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.

Silahlı qarşıdurmanın bir neçə saat davam etdiyi bildirilir.

“Taliban” üzvlərinin də itkilər verdiyi deyilir.

Gununsesi.info