Tanınmış futbol klubunun prezidenti reanimasiyaya yerləşdirildi

  • By admin
  • 21 Yanvar 2017 13:06

klub

Türkiyənin “Gənclərbirliyi” futbol klubunun prezidenti İlhan Cavcav xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, xeyli vaxtdır ciddi sağlamlıq problemləri ilə mübarizə aparan İ. Cavcav səhər saatlarında beyin qanaması keçirib. İ. Cavcav özəl xəstəxanalardan birinə aparılıb və dərhal da əməliyyata alınıb.

Əməliyyatadan sonra klub prezidenti reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda İ. Cavcavın vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Qeyd edək ki, İ. Cavcav 40 ildən çoxdur, “Gənclərbirliyi”nin prezidentidir.

Anar

Gununsesi.info