Tanınmış hakim vəkillik fəaliyyətinə başladı

  • By admin
  • 20 Noyabr 2017 11:36
Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Eynulla Vəliyev vəkil kimi fəaliyyət göstərəcək.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, o, Vəkillər Kollegiyası Bakı Şəhəri 2 saylı Hüquq Məsləhətxanasında vəkil kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, E. Vəliyev səlahiyyət müddəti başa çatdığı üçün oktyabr ayından hakim kimi fəaliyyətini dayandırıb.
E. Vəliyev hakim təyin olunana qədər Vəkillər Kollegiyasının sədr müavini vəzifəsində çalışıb.

Gununsesi.info