Taypeydə daha bir cüdoçumuz medal qazandı - FOTO

  • By admin
  • 21 Avqust 2017 16:30

26

Taypey şəhərində keçirilən tələbələrin universiadasında cüdo yarışları davam edir.  

Cüdo Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, çempionatın ikinci günü millimiz aktivinə daha bir medal yazdırıb.

Belə ki, 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Firudin Dadaşov universiadanın bürünc medalına sahib olub.

Qeyd edək ki, yarışın ilk günü Zelim Kotsoyev (100 kq) qızıl medal qazanıb.

Anar

Gununsesi.info