Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

21 Noyabr 2017 - 19:48

TBMM sədri:"Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır"


İstanbulda Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyi ilə Asiya Parlament Assambleyasının 10-cu plenar iclası işə başlayıb.
“Report”un Türkiyə bürosu xəbər verir ki, 31 ölkədən nümayəndə heyətinin iştirakı ilə keçirilən sessiyada Azərbaycanı Milli Məclisin deputatları Sevinc Fətəliyeva və İlham Məmmədov təmsil edirlər.
Enerji təhükəsizliyi, yoxsulluq, narkotik maddələrlə mübarizə, təbiəti mühafizə, məişət zorakılığı, iqtisadi əməkdaşlıq, miqrasiya, dinlərarası dialoq olmaqla 24 qətnamə yığıncağın əsas müzakirə mövzularıdır.
Noyabrın 21-də Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib. Əvvəlcə təşkilati məsələlərə baxılıb. Təşkilata sədrlik Kambocadan iki il müddətinə Türkiyəyə keçib və 2020-2021-ci illər üzrə təşkilata sədrilik edən ölkənin müəyyən olunması üçün səsvermə keçirilib.
Bundan başqa, üç gün nəzərdə tutulan sessiyada qurumun İcraedici Şurasının, siyasi işlər, iqtisadiyyat və davamlı inkişaf, sosial və mədəni işlər, heyət və maliyyə qaydaları üzrə komitələrinin iclasları təşkil olunacaq.
TBMM sədri İsmayıl Kahraman çıxışında Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğuna diqqət çəkib, hər iki ölkənin bundan sonra da çiyin-çiyinə yol alacağını deyib.
Deputatlarımız toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə çıxış edəcəklər.
Asiya Parlament Assambleyası noyabrın 24-də işini yekunlaşdıracaq.

Gununsesi.info





loading...