Tehran İrəvan və Bakıya çağırış etdi: QARŞIDURMADAN QAÇIN

  • By admin
  • 27 Fevral 2017 14:24
unnamed
Rəsmi Tehran  son günlərdən  Qarabağ cəbhəsində yaranmış gərginlikdən narahatçılıq ifadə edən açıqlama ilə çıxış edib.
Gununsesi.info İRNA-ya istinadən xəbərinə görə, belə bir açıqlama ilə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Kasemi çıxış edib. İran XİN  sözçüsü, Azərbaycan və Ermənistanı təmkinli davranmağa, dialoq və danışıqlar yolu ilə vəziyyəti sabitləşdirməyə çağırıb.
 
Onun sözlərinə görə, dialoq və danışıqlar münaqişələrin nizama salınması üçün vacib kanallardan biridir.
“Mən ümid edirəm ki, beynəlxalq təşkilatlar münaqişənin nizama salınması üçün öhdələrinə düşən vəzifələri yerinə yetirəcək”-deyə, B. Kasemi vurğulayıb.
XİN rəsmisi qeyd edib ki, Tehran regionda sülhün və təhülkəsizlik üçün tərəflərə kömək etməyə hazırdır.
 
Gununsesi.info