“Telegram” messencerində məhsul sifariş etmək mümkün olacaq

  • By admin
  • 29 Aprel 2017 19:57

Two men pose with smartphones in front of a screen showing the Telegram logo in this picture illustration taken in Zenica, Bosnia and Herzegovina November 18, 2015. The mobile messaging service Telegram, created by the exiled founder of Russia's most popular social network site, has emerged as an important new promotional and recruitment platform for Islamic State. The service, set up two years ago, has caught on in many corners of the globe as an ultra-secure way to quickly upload and share videos, texts and voice messages. It counts 60 million active users around the world. Picture taken November 18.     REUTERS/Dado Ruvic - RTS7W3T

Tezliklə “Telegram” messencerində ödənişləri həyata keçirmək üçün şəxsi platforma istifadəyə veriləcək.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, çat botlarla ünsiyyət saxlayan istifadəçilər məhsulları sifariş edə və xidmətlərin haqqını ödəyə biləcəklər. Bundan başqa, həyata keçirilmiş tranzaksiyalar üçün heç bir komissiya tutulmayacaq. Bu haqda xidmət barəsində gələcək dəyişikliklərin eskizlərini “Instagram” hesabında göstərmiş layihənin yaradıcısı Pavel Durov məlumat verib.

Sənədə əsasən, tranzaksiyalar email “Stripe” prosessinq sistemi (dünyanın 25 ölkəsində əlçatandır) tərəfindən həyata keçiriləcək. Botlar məhsulların sifarişi və xidmətlərin ödənişi üçün xüsusi düymə ilə təchiz ediləcək.

Bank kartı çat botla “əlaqələndiriləcək”, pul birbaşa tərtibatçının hesabına göndəriləcək. “Telegram” maliyyə məlumatlarının saxlanılması üzrə məsuliyyəti öz üzərinə götürmür, bununla əlaqədar olaraq şirkət pulun geri qaytarılması üzrə şikayətlərə baxmayacaq. Eyni zamanda xidmət vicdanlı tərtibatçıları həvəsləndirməyə və pisləri isə cəzalandırmağa dair söz verib.

Gununsesi.info