Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

19 Yanvar 2018

11 Noyabr 2017 - 13:17

Telman İsmayılov barədə həbs qərarı verildi- MİLYARDER ÇIXILMAZ VƏZİYYƏTDƏDİR

Moskva məhkəməsi tanınmış iş adamı Telman İsmayılovun həbsi barədə qərar verib.

Gununsesi.info “İnterfaks.ru”ya istinadən bildirir ki, bu barədə biznesmenin vəkili Marina Rusakova məlumat verib.

“Çerkizov” bazarının keçmiş sahibi iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham olunur. Biznesmen beynəlxalq axtarışa verilib.

Onun vəkilinin sözlərinə görə, məhkəmə həbs barədə qərarı oktyabrın 30-da çıxarıb. Qərardan apellyasiya şikayəti verilib.

Sentyabr ayında İsmayılovun evində axtarış aparılıb. Biznesmen özü, həmçinin ailə üzvləri iş adamları Vladimir Savkin və Yuri Brilyovun qətlinin təşkilində şübhəli bilinirlər.

“İnterfaks.ru”nun məlumatına əsasən, Telman İsmayılovun səkkiz sifarişli qətli törədən qruplaşma ilə əlaqəli olduğu ehtimal edilir. Biznesmenə qarşı ifadəni qruplaşmanın üzvlərindən biri Qarri Beloçerkovski verib. Onun sözlərinə görə, qruplaşma Moskvanın Şimal İnzibati Dairəsində yerləşən ticarət mərkəzləri ilə bağlı olan iş adamlarını öldürüb.

Telman İsmayılovun qardaşı Rafiq 2016-cı ildə Savkin və Brilyovu qətlə yetirməkdə ittiham olunur. Hazırda o, həbsdədir. İş adamının digər qardaşı Vaqif İsmayılov axtarışa verilib.

Vəkilin sözlərinə görə, biznesmenin apellyasiya məhkəməsi noyabrın 15-nə təyin olunub. Vəkil onu da əlavə edib ki, T.İsmayılov ona qarşı qaldırılan ittihamları əsassız sayır.

Xatırladaq ki, “Çerkizov” bazarı 2009-cu ildə bağlanıb. Telman İsmayılov bundan sonra aktivlərini sataraq Rusiyanı tərk edib. 2017-ci ildə məhkəmə onu müflis elan edib.

Gununsesi.info