XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

18 Sentyabr 2017 - 12:54

Telman İsmayılov həbs olunacaq- O, CİNAYƏTKAR DƏSTƏ YARATMAQDA VƏ BİR NEÇƏ ŞƏXSİN ÖLÜMÜNDƏ İTTİHAM OLUNUR

images

Azərbaycanlı milyarder Telman İsmayılovun həbsinə hazırlıq gedir. Yaxın günlərdə onun barəsində cinayətkar dəstə yaratması və ölüm faktları ilə bağlı cinayət işi açılaraq, barəsində axtarış elan olunacağı gözlənilir.

Gununsesi.info “rosbalt”a istinadən xəbər verir ki, Telman İsmayılov barəsində qaldırılacaq cinayət işləri arasında onun Lianozovski bazarının yandırılması işi də var.

Məlumata əsasən Telman İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin beş maddəsi – cinayətkar dəstə yaratmaq, ölüm, qanunsuz silah saxlama, qeyri-qanuni bank fəaliyyəti, yanğın törətməkdə təqsirli bilinməsi ilə araşdırma aparılır.

Bu araşdırma materiallarına əsasən mütəşəkkil cinayətkar dəstəyə Telman İsmayılovun ailəsinin rəhbərlik etdiyi bildirilir. İsmayılovlar ailəsi eyni zamanda, düşünülmüş formada həyata keçirilən cinayət hərəkətlərində də təqsirli bilinirlər. Belə ki, onlar 3 nəfərin ölümü ilə nəticələnən başqasının mülkünü yanğın yolu ilə məhv etməkdə də təqsirləndirilirlər.

“Rosbalt”ın yazdığına görə, belə hadisələr 10-dan çoxdur. Bu barədə cinayətkar dəstənin üzvlərindən olan, bir zamanlar Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun “sağ əli” olmuş Harri Beloçerkovski İsmayılovların həyata keçirdiyi cinayət hadisələri barədə istintaqa geniş ifadə verib.

Məhz onun ifadəsindən sonra Telman İsmayılovun qardaşı həbs edilib. Milyarderin digər qardaşı Vaqif isə hazırda axtarışdadır.

Ötən həftə ərzində isə Telmanın İsmayılovun və onun oğlanlarının katej və mənzillərində axtarış aparılıb.

“Rosbalt”ın yazdığına görə, bütün bunlardan sonra Telman İsmayılovun yaxın zamanlarda həbsi ilə bağlı axtarış elan olunacaq.

Gununsesi.info




loading...
Loading...