Türkiyə millisinin baş məşqçisi Fatih Terimin istefasından sonra ay-ulduzlu komandaya kimin rəhbərlik edəcəyi müzakirə mövzusu olub.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) komandanın başına təcrübəli və Türkiyə futbolunu yaxşı tanıyan bu 3 şəxsdən birini –Şenol Güneş, Mustafa Denizli ve Mircea Lucescunu gətirməyi planlaşdırır.
TFF-nin ən çox “Beşiktaş”ın texniki direktoru, 65 yaşlı Ş. Güneşə üstünlük verdiyi bildirilir.
Gununsesi.info