Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

  • By admin
  • 21 Mart 2018 17:26


Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun İbrahim Hacılı kəndində baş verib.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman digər avtomobil arxadan ona çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılardan 2-i avtomobillərin sürücüləridir. Onların xəsarəti yüngüldür.

Hadisə zamanı “Mercedes”in bir sərnişini də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Hazırda əraziyə DYP və təcili tibbi yardım biriqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info