Toylar və tədbirlər əsas gəlir yerimizdir - TELEAPARICI CAVİD GÜL

  • By admin
  • 23 Yanvar 2017 11:49

 cavidgul

 

 “Mənim əziz evim” layihəsində bu dəfə efirin tanınmış simalarından olan aparıcı Cavid Gülün qonağı olduq.

Cavid həmişəki səmimiyyəti ilə heç bir sualdan qaçmayaraq, Gununsesi.info-nun suallarını cavablandırdı. Onunla söhbətimizi təqdim edirik:

 

– Cavid, uzun illərdir ki, artıq televiziya sahəsində çalışırsınız. Necə oldu ki, aparıcı olmaq istədiniz?

– Təsadüf deyə bir şey olmur, amma bu sahə haqqında heç vaxt düşünməmişəm. Erkən yaşlardan dedektivlərə böyük həvəs göstərirdim. Bu sahə ilə bağlı bütün filmləri izləyib, cinayət qanunverciliyini oxuyurdum. Arzum xəfiyyə ya vəkil olmaq idi. 9-cu sinfə kimi tibbi kitablara maraq göstərdim. Düşündüm ki, məhkəmə tibbi eksperti və paralel olaraq xəfiyyə olum(gülür). Düzünü deyim kimya fənnini mənimsəyə bilmədim. Amma anatomiya, biologiya informasiya fənlərini  çox yaxşı bilirdim. Bu səbəbdən dəqiq elmi atıb humanitara keçdim. Universitetə daxil olanda isə inglis dili məni çox geriyə saldı. Yazdığım 15 faktültədən ən sonuncusuna daxil oldum ki, oda jurnalistika idi. Bu həftə dünyasını deyişən “Tefekkur Universiteti “press kart almaq üçün elə birinci ay qəzet jurnal payladım. Bu peşəm bir ay sürdü(gülür). Sonra” İnternews Azərbaycan”da faliyyətə başladım. Jurnalistika biliklərimi orda topladım. Sağ olsun Orxan Fikrətoğlu məni müasir jurnalistikanın atası Zeynal Məmmədli ilə tanış etdi. Və qısa vaxt da o, məni bir jurnalist kimi formalaşdırdı. ATV-ə ilk gəlişim də xəbərlər departamentinə oldu. 2002- ci ilin yaz ayları idi. Xəbər departamentinə kastinq idi. Məni də dəvət etdilər. Kastinqdə Sahib İbrahimov əyləşmişdi və mənə sual verdi ki, burda neyniyəcəksən cavab verdim ki, bura mənlik deyil, amma şouda çox şey edə bilərəm. Məni radioya yolladı ki, get dj ol baxaq alınsa televiziyada işin olar. Radionun efir müdiri Yusif Ağayev məni qəbul etmədi ki, danışığın da qüsur var. Güldüm və artıq dublajlarım, reklam səsləndirmələrim olduğunu söylədim. Yenə də derjurny fraza get zəng edərik eşitdim. Üstündən iki ay keçəndən sonra yenə də kanala getdim və artıq Həsən Abdullayevlə görüşdüm. Nə edə bilərsən dedi, məndə işə götürün baxarsınız dedim və yenə də Yusif Ağayevlə görüşəsi oldum. Stajyor idim. Sınaq müddətim  bir ay idi.  Bir ayın tamamında Yusif səndə alınmayacaq sağollaşırıq deyəndə Həsən müəllim içəri girdi və gecə efirlərimi eşitdiyini gələn həftədən efirə çıxacağımı bildirdi. Beləcə radioda dj oldum. Sonrada efirə çıxdım.  Artıq iyun ayında 15- il tamam olacaq ki, efirdəyəm.

– Bəs nə vaxtsa kamera arxasına keçmək fikriniz varmı? Yəni prodüser və ya rejissor kimi fəaliyyət göstərmək və ya tamam bu sahədən getmək istəmirsiz ki?

– Kamera arxasında  da işlərim olub. Verilişlər, kliplər, qısa metrajlar, sosial layihələr. Bu sahədən getməyi əslində istəməzdim. Amma hər şey ona doğru gedir ki, mən gedim(gülür).

– Çoxdan bəri aparıcısınız amma səhv etmirəmsə, serialda ilk işiniz Kişi sözüdür”. Sizi necə razı saldırlar?

– Kişi sözü debut idi. Sağ olsun Elməddin Cəfərov təklif etdi, məndə qəbul etdim. Adam bu işdə yetərincə təcrübəlidir və əgər sən məni aktyor kimi  görürsənsə mən razılaşıram dedim və başladıq.

– Ümumilikdə aktyorluq necədir? Çətin gəlmir ki sizə?

– Çətin deyildi. Amma ilk həftələrdə tam olaraq nə edəcəyimi anlamırdım. Mən Alışana kimi serial bitdi. Cəmi 13 seria çəkildi.

Bəs bu sahədə irəliləməyi düşünürsünüz?

  – Serial sahəsi istəyərdim, detektiv janrında. Amma filmlər barədə də düşünürəm  və artıq gecikirəmdə.

 Şou-biznesdə olan çox adamın biznesi var. Bəs, siz hansısa bir  iş qurmusunuz?

 –  Heç bir biznesim yoxdur.  Kasıb uşağam, biznesin olması üçün vəsait lazımdır. Bir neçə dəfə yığdım pulla buna cəhd elədim amma alınmadı.

c1

– Əvvəllər çalışdığınız  “ATV”-ni “Xəzər”ə  dəyişsəniz də sonradan geri döndünüz. Səbəb nədir? Adətən belə presedentlər az olur…

– Kanallarda çalışan çoxlu dostlarım var. O, dövrdə ATV-də boşluq idi. Veriliş yox idi. Xəzər Tv-dən təklif aldım. Rauf Dadaşovla məsləhətləşdik və qərara gəldik ki, bir mövsüm orada çalışa bilərəm. Amma geri dönmək şərti ilə. Futbolda buna transfer deyillər. Bonservisim ATV-də qalmaqla Layihə bitdi və evə geri döndüm.

– Bəzi aparıcılar efirdə yalançı şoular göstərilər. Belə hallara münasibətiniz necədir?

 Baxır şouya . Mən öz yerimə deyim ki, insan həyatı faktoru varsa mən o verilişi aparmaram. Stres, cavabdehlik, acı talelər hamısı adamı yükləyir. Mən kiminsə problemini  eşidəndə onunla bərabər o problemin içinə girirəm və pis təsir edir. Hər dəfə o yükün altına girsəm mən məhv olaram, ona görə uzağam.

– Toylarda da aparıcılıq edirsiniz.  Toylarü çün konkret məbləğ müəyyən etmisiniz ya…

– Toylar və tədbirlər əsas gəlir yerimizdir. Baxır baha nəyə deyirsiniz? Hərə öz zəhmətini bir cür qiymətləndirir. Toy edən insanlara həmişə məsləhətim əsas musiqiçilərdir, cekilişdir, və şou hissəsidir., aparıcısıdır. Çünki bunlar ömürlük diskdə qalır və nəsildən nəsilə keçir. Biz heyyətlədə bu işi görürük, tək təkliflərimdə olur. Gedişatı öz üzərimə alıramsa məvacibdə normal olmalıdır. Hələ şikayət eşitməmişəm(gülür). Əksinə kimin məclisin aparmışamsa onların ətrafı da müraciət edir. Dostlaşırıq, səmimi məclis alınanda hamı qane olur.

– Həmkarınız Rüfət Ağayev təhsil almaq üçün xaricə getdi. Sizin də bu niyyətiniz yoxdur?

 İllər öncə təklif var idi qorxdum, son 3-4 il öncə Türkiyədə özümü sınamaq kimi təklif gəldi və çox düşündüm. Son qərarım burada qalmaq oldu. Əgər burdakı gəlirimi orada versələr gedərəm. Amma yox gəlir ancaq yeməyimə və yoluma gedəcəksə yaxşı olacaq deyə risk eləmərəm.

c2

– Bir çox aparıcı qız fanatlarının əlindən cana yığıldığını deyir. Sizdə də belə hallar olurmu? Hədiyyələr, zənglər qəbul edirsinizmi?

– Əslində əvvəllər 10 il öncə bu çox idi. İndi belə hallar olmur. Qocalmışam deyəsən(gülür). Daha çox ciddi işlərlə məşğul oluram deyə elə şeylərə vaxt olmur və yavaş- yavaş onlar itir. Hərdən darıxırsan, amma yenə də iş her şeydən vacibdir.

– Yeni layihələriniz varmı?

  – Əslində yeni layihəmiz çoxdan düşünülən bir layihədir. Çətin bir proyektdir. Tam hazırlayıb bitirə bilmirik, bu sezonda alınması sual altındadır. Anonsu hazır oldu, iştirakçılar yığıldı texniki tərəflər qaldı.

– Və ənənəvi sual. Ən əziz əşyanız?

– Əziz əşyam var. Amma illərdir yerindən  cixarıb, baxmıram. Bir hədiyyədir madi dəyəri çox deyil. Amma əzizdir. Niyə baxmıram cünki, həm müsbət həm də çox mənfi xatirəsi var.

 

Dilarə Zamanova

Gununsesi.info