Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

12 Avqust 2017 - 14:45

Toylarından 20 gün sonra həyatlarının şokunu yaşadılar- SƏN DEMƏ ONLAR...

598ed8399a512_2evli

Türkiyədə şəxsiyyət vəsiqələrini dəyişdirmək istəyən yeni ailə quran cütlük aldıqları cavab qarşısında çaşbaş qalıblar.

Gununsesi.info-nun milli.az-a istinadən verdiyi məlumata görə, Karacasu Bələdiyyəsində nikah məmuru tərəfindən şahidlərin hüzurunda kəsilən nikah mərasimi sonrası evlənən Deniz-Safiye Akkan cütlüyü 20 gün sonra şəxsiyyətlərini yeniləmək üçün getdikləri Karacasu Əhali İdarəsində həyatlarının şokunu yaşayıblar.

Nikah məmuruaradan 20 gün keçməsinə baxmayaraq nikah sənədlərini göndərmədiyi üçün cütlüyün nikahının rəsmiləşmədiyi məlum olub. Yaşanan hadisənin sonra Safiye Uytun gözyaşlarını saxlaya bilməyib.

Sənədlərin aqibətinin necə olduğunu bilmədiklərini deyən Deniz Akkan”O tarixlərdə evlənən hər kəsin sənədi göndərilib, bizim sənədlərnecə göndərilməyə bilər, bizimki necə unudular?! Qanuni haqqlarımızı tələb edəcəyik”deyib.

Evlilik vəsiqəsi xaricində evli olduqlarına dair heç bir rəsmi sənədlərinin olmadığını qeyd edən Deniz Akkan”Mən bu 20 gün içində ölsəydim, mənim həyat yoldaşım subaymı qalacaqdı? Heç evlənməmiş kimi qeyd ediləcəkdi? Bunun cavabını biz bilmirik. Şəxsiyyət vəsiqəmizə görə idarəyə getməsəydik, vəziyyətdən xəbərdar olamayacaqdıq” ifadələrini işlədib.

Gununsesi.info