“Trampın Putinlə telefon danışığının baş tutması məni dəhşətə gətirdi” - SƏFİR

  • By admin
  • 16 Dekabr 2017 12:07

ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfol Donald Trampın Rusiya prezidenti ilə bu günlərdə baş tutan telefon danışığını kəskin tənqid atəşinə tutub.

Gununsesi.info xəbər verir ki, MSNBC telekanalına açıqlama verən sabiq səfir Trampla Putin arasında belə bir telefon danışığının baş tutmasından təəccübünü gizlətməyərək, ciddi tənqid atəşinə tutub:

“Mən dəhşətə gəlirəm ki, necə oldu belə bir telefon danışığı baş tutub. Necə ola bilər ki, Tramp belə bir telefon danışığına razılıq verib”.

Gununsesi.info