TRT 20 Yanvar faciəsini canlı yayımlayacaq

  • By admin
  • 19 Yanvar 2017 16:54

trt-1

TRT Bakı Təmsilçiliyi ənənəsinə sadiq qalaraq 20 Yanvar  faciəsini , hazırladığı xəbər, proqram və kliplərlə TRT HABER və TRT AVAZ kanalları vasitəsi ilə dünyaya yayımlayacaq.

Bu haqda Gununsesi.info-ya TRT Bakı Təmsilçiliyindən məlumat verilib.

AzTV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn günündə Şəhidlər Xiyabanından canlı yayım həyata keçirəcək.

Canlı yayımda şahidlərlə yanaşı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsinin İşlətmə və İqtisad Kafedrasının müəllimi Araz Aslanlı və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər.

Gununsesi.info