VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

20 Oktyabr 2017

11 Avqust 2017 - 09:48

Turistlər daha çox bu rayonlara səfər edirlər- SİYAHI

turist

Azərbaycanda paytaxtda, o cümlədən  bölgələrdə turizmin inkişafı istiqamətində müxtəlif tədbirlər keçirilir, treninqlər, təlimlər təşkil edilir. Hazırda yay fəslinin ən qaynar dövrünü yaşayırıq. Məlumdur ki, avqust turizm sahəsinin daha çox canlandığı aydır.

Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, yerli əhali ilə yanaşı, digər ölkələrdən Azərbaycana gələnlər dincəlmək üçün regionlara üz tuturlar.

Maraqlıdır, turistlər daha çox hansı bölgələrə üz tuturlar?

Şamaxı, İsmayıllı, Qəbələ, Şəki…

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov modern.az-a açıqlamasında deyib ki, turistlər dincəlmək üçün daha çox şimal-qərb zonasına müraciət edirlər:

“Turistlər infrastruktru yüksək olan, daha yaxşı təşkil olunmuş, müxtəlif tipli otelləri olan bölgələrə  üz tuturlar. Bunlardan da ən yaxşısı şimal-qərb zonasıdır.

Bura Şamaxı, İsmayıllı, Qəbələ, Şəki , Qax, daha sonra Quba-Qusar zonası daxildir. Növbəti sıralarda isə cənub zonasını, yəni Lənkəran, Masallı, Leriki qeyd etmək olar. Əsasən ərəb və rus millətindən olan turistlər ilk növbədə şimal və şimal-şərq zonalarına gedirlər. Arzu edərdim ki, onlar nəinki, şimal-şərq, şimal-qərb, həm də cənub zonasına da çox üz tutsunlar.

Cənub bölgəsində həm Xəzər dənizi, həm də dağlar, meşələr kifayət qədərdir. Reklam, yaxud digər məsələlərin düzgün qurulmaması tursitlərin cənub bölgəsinə az ziyarətinə səbəb olur. Həmçinin həmin bölgədə otellərin sayı, xidmət səviyyəsi qənaətbəxş deyil.

Əlbəttə, cənub zonasının öz gözəlliyi var. Bu zonada daha çox daxili turizm yaxşı inkişaf edib. Yerli əhali cənub bölgəsində, xüsusilə də Lerikdə istirahət edir.

Lerikdə “Relax”dan başqa yüksək səviyyəli otellər də inşa edilsə, yaxşı olardı. Aldığımız məlumata görə, hazırda Lənkəranda bir neçə otel tikilir. İnanırıq ki, bu otellər də gələcəkdə turizm maşurutları sırasına salınacaq”.

“Bölgələrdə turistlərə göstərilən xidmətlər  istənilən səviyyədə deyil”

M.Ağakərimov bölgə turizminin  hazırkı səviyyəsindən də söz açıb: “Bölgə turizmi keçən illərə nisbətən daha çox inkişaf edib. Lakin  bununla yanaşı, biz eyni yerdə addımlamamalıyıq. Həmin bölgələrdə müxtəlif tipli otellər, mehmanxana müəssisələri tikməli, qida kefiyyətinə nəzarət etməliyik. Bölgələrdə turistlərə göstərilən xidmətlər hələ də istənilən səviyyədə deyil.  Xidmət səviyyəsi ilə yanaşı həmçinin qiymətlər müvafiq olarsa, Azərbaycan əhalisi də öz bölgələrimizdə istirahətə üstünlük verəcək. Bunun  üçün mütəxəssislər cəlb edilməlidir. Dəfələrlə bu barədə xəbərdarlıq edilsə də, sahibkarlar, müvafiq qurumlar  turizmə barmaqarası baxırlar. Əgər belə olmasaydı, bu söhbət uzun müddətdir, belə davam etməzdi. Radikal tədbirlər görülməlidir.

Bölgələrdəki turizm səviyyəsi heç olmasa qardaş Türkiyədəki kimi olmalıdır.  Deməli haradasa boşluq var və bu işi düzgün aparmırıq.

Hazırda regionlarda turizm peşə məktəbləri fəaliyyət göstərir. Deməli, onların da işi hələki yüksək səviyyədə deyil. İsmayıllı, Qəbələ, Quba, Qusar, Şəkidə turizm üzrə kurslar keçirilir. Lakin istədiyimiz səviyyədə deyil. Ya müəllimlərin səviyyəsi, ya da proqramlar qənaətbəxş deyil”.

Gununsesi.info




loading...
Loading...