“Turizm haqqında” qanuna dəyişiklik edilir

  • By admin
  • 14 Dekabr 2017 15:48

Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza ala bilməsi ilə bağlı “Turizm haqqında” qanuna dəyişiklik edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Qanuna dəyişiklik redaktə xarakterlidir.

Qeyd edək ki, bu il avqustun 30-dan etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edirlər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Gununsesi.info