Turizm vergisi “Eurovision-2018” müsabiqəsinin maliyyələşdirilməsinə yönəldiləcək

  • By admin
  • 17 Avqust 2017 23:15

turizm

Lissabon şəhərinin meri paytaxtda turistlərdən tutulan verginin “Eurovision-2018” mahnı müsabiqəsinin maliyyələşdirilməsi məqsədilə xərclənəcəyi barədə xəbəri təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Portuqaliya paytaxtının başçısı Fernando Madina “The Portugal News” nəşrinə müsahibəsində deyib ki, şəhərdə yaşayan hər qonaqdan tutulan 1 avro həcmində vergi mahnı müsabiqəsinin təşkil edilməsi üçün vəsaitlərin toplandığı hesaba daxil olacaq. Onun sözlərinə görə, son altı il ərzində Portuqaliyaya gələn əcnəbilərin sayı durmadan artmaqdadır.

Qiymətləndirmələrə əsasən, gələn il və sonrakı illərdə ölkəyə daha çox qonaqlar gələcək, ona görə də hökumət dairələri əmindir ki, turistlərdən tutulan vergi hesabına “Eurovision-2018” mahnı müsabiqəsini maliyyələşdirmək mümkün olacaq.

Turizm vergisi Portuqaliyada keçən ildən tətbiq olunur.

Xatırladaq ki, 2016-cı ildə yalnız turizmdən ölkə xəzinəsinə 13,5 milyon avro vəsait daxil olub.

Gununsesi.info