Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018

16 Yanvar 2018 - 10:44

“Türk Hava Yolları” viza ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb

“Türk Hava Yolları” aviaşirkəti vizalar ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, yeni qaydalara əsasən, müştərilər viza müraciətləri ilə bağlı rədd cavabı aldığı təqdirdə “Türk Hava Yolları” aviaşirkətindən alınmış Bakı çıxışlı biletlərin qaytarılması “viza müraciəti rəddi zamanı qaytarıla bilər” bəndi olmadığı halda belə mümkündür. Yəni müştəri bilet üzrə etdiyi ödənişi bilet aldığı turizm agentliyindən və ya “Türk Hava Yolları”nın Bakı ofisindən geri ala bilər.

Bunun üçün müştəri uçuşdan ən gec 48 saat öncə müraciət etməlidir. Müraciət zamanı viza üzrə aldığı rədd cavabı məktubunu təqdim etmək mütləqdir.

Qeyd edək ki, “Türk Hava Yolları” aviaşirkətinin Bakı ofisi Xocalı prospekti, 37 (“Demirchi Tower”) ünvanında yerləşir. Əlaqə nömrəsi: (+994 12) 404-10-51.

Xatırladaq ki, “Türk Hava Yolları” 1933-cü ildə yaradılmış və həmin vaxt aviaparkı beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 300 istiqamət üzrə uçuşlar yerinə yetirən (251 beynəlxalq və 49 daxili) 329 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. 6 il ərzində (2011-2016) aviaşirkət “Avropanın ən yaxşı aviaşirkəti” adına layiq görülüb. 2017-ci ildə “Skytrax” şirkətinin apardığı tədqiqatın nəticələrinə görə, “Türk Hava Yolları” ardıcıl doqquzuncu dəfə olaraq “Cənubi Avropanın ən yaxşı aviaşirkəti” seçilib. Aktivində 2010-cu ilin “Təyyarənin göyərtəsində ən yaxşı ekonom-klass qidalanması” dünya mükafatı olan “Türk Hava Yolları” 2013, 2014, 2016 və 2017-ci illərdə “Təyyarənin göyərtəsində ən yaxşı biznes-klass qidalanması” mükafatı alıb. 2015-ci və 2017-ci illərdə “Ən yaxşı biznes-zal” mükafatına layiq görülən “Türk Hava Yolları” sorğunun nəticələrinə əsasən, cari ildə “Biznes-zallarda ən yaxşı qidalanma” mükafatı ilə ardıcıl üçüncü dəfə təltif edilib. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

Gülnaz Qənbərli

Gununsesi.info